Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - RƏSMİ
05 avqust 2020 15:41 (UTC +04:00)

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - RƏSMİ

Avqustin 4-də saat 02 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Horadiz-İmişli istiqamətindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə keçirilən kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən qara rəngli “Hyundai” markalı 99-TF-671 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Horadiz- Bakı avtomaqistral yolunun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığındakı ərazidə hərəkətdə olan avtonəqliyyat vasitəsi saxlanılıb.

Avtomobilin sürücüsünün 31 yaşlı Cəbrayıl rayonunun Mehdili kəndində anadan olan Səfərov Xəqani Aydın oğlu olması müəyyənləşdirilib, onun üzərinə və avtomobilə baxış keçirilən zaman ümumi təxmini çəkisi 23 kiloqram 600 qram narkotik vasitə və psixotrop maddəyə (1 kq 62 qr marixuanaya, 15 kq 256 qr  heroinə, 3 kq 964 qr  metamfetaminə, 2 kq 122 qr həşişə və 1460 ədəd “Metadon-40” həbinə) oxşar maddələr aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

# 1816
avatar

Oxşar yazılar