2182
18:57
30 İyul 2020

Maşını aşıran sürücü öldü

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçayın Bığır kənd sakini, 45 yaşlı Qafurov Siyavuş Girman oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan maneəni vurmamaq üçün sükanı kənara çevirib və idarəetmənin itməsi nəticəsində maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Siyavuş Qafurov ağır xəsarətlər aldığı üçün dünyasını dəyişib. Sərnişin, Göyçay sakini, 47 yaşlı Hüseynov Habil Nəsib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.