Bakı sakininin evindən 3 kilodan çox narkotik tapıldı
29 iyul 2020 16:30 (UTC +04:00)

Bakı sakininin evindən 3 kilodan çox narkotik tapıldı

Bakı sakinindən külli miqdarda narkotik maddə götürülüb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə Bayıl qəsəbə sakini A.Əzizov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı isə əlavə 3 kiloqram 480 qram marixuana götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2212

Oxşar yazılar