07:12
25 İyul 2020

Sürücü mikroavtobusu motosiklet zənn etdi... 9 ölü, 3 yaralı

Boliviyada ağır yol qəzası nəticəsində 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, axşam saatlarında ölkənin qərbində baş verən hadisə zamanı mikroavtobusla yük maşını toqquşub.

Nəqliyyat İdarəsinin müdiri Valter Miranda “Fides” radiosuna açıqlamasında qəzaya görə yük maşının sürücüsünü günahlandırıb.

Lakin ilkin məlumatlara görə, mikroavtobusun önündəki işıqlardan yalnız bir işləyib. Bu səbədən yük maşınının sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinin motosiklet olduğunu zənn edib.

Zərərçəkənlər La Pas şəhərindəki xəstəxanaya yerləşdirilib.

Hadisə araşdırılır.

Dİgər xəbərlər