Keçmiş məhkumlardan 27 min manatlıq oğurluq
23 iyul 2020 09:37 (UTC +04:00)

Keçmiş məhkumlardan 27 min manatlıq oğurluq

Bakıda mənzilin zirzəmisindən oğurluq olub.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nəriman Nərimanov prospekti M. Araz küçəsində yerləşən yaşayış binasında mənzilin zirzəmisindən 27 min 240 manat dəyərində mebel və məişət  əşyaları oğurlanıb. 

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - 45 yaşlı Rövşən Məmmədov, 56 yaşlı Mahir Qasımov tutulub.

Faktla bağlı cinayət işi başlanıb. 

# 1462
avatar

Mehman Nəbiyev

Oxşar yazılar