Təmas xəttində son vəziyyət: düşmənin 2 hərbçisi ağır yaralandı
21 iyul 2020 15:53 (UTC +04:00)

Təmas xəttində son vəziyyət: düşmənin 2 hərbçisi ağır yaralandı

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Lent.az-a bildirib ki, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur: “Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb”.

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12371

Oxşar yazılar