12:14
18 İyul 2020

Türkiyədə müalicədə olan deputat Azərbaycana qayıtdı

Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədən qayıdıb.

Bu barədə APA -ya Vahid Əhmədovun köməkçisi Arif Orucov məlumat verib.

O bildirib ki, Vahid Əhmədov həftənin 1-ci günü ölkəyə çarter reysi ilə qayıdıb:

“Hazırda evindədir və səhhəti yaxşıdır. Müalicə qəbul etməyə də ehtiyac qalmayıb. Vahid Əhmədov hazırda istirahət edir və işləri ilə maraqlanır”.

Qeyd edək ki, deputat Vahid Əhmədov bir müddət öncə deputat ürəyində yaranan problemlə əlaqədar özəl təyyarə ilə Türkiyəyə aparılmışdı.

O, 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub.

Dİgər xəbərlər