Neymara yeni müqavilə təklif olundu
18 iyul 2020 13:00 (UTC +04:00)

Neymara yeni müqavilə təklif olundu

PSJ hücumçusu Neymarı komandada saxlamaq arzusundadır.

Apasport.az saytının məlumatına görə, Fransa çempionu 28 yaşlı forvarda yeni müqavilə təklif edib.

Braziliya millisinin üzvü "Barselona"ya qayıtmaq istəsə də, parislilər onunla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Bir müddətdir bununla bağlı danışıq davam etməsinə baxmayaraq, hələlik bir irəliləyiş yoxdur. Futbolçunun klubla hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Neymar bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib, 18 qol, 10 assitlə yadda qalıb.

# 5767
avatar

Yalçın UĞUR

Oxşar yazılar