Macarıstandan 48 vətəndaşımız ölkəyə gətirildi
18 iyul 2020 10:06 (UTC +04:00)

Macarıstandan 48 vətəndaşımız ölkəyə gətirildi


İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı (AZAL)  Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılmışdır. Müəyyən edilmiş qaydalara uyğun olaraq, vətənə qayıdan 48 nəfər sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Xatırladırıq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3646

Oxşar yazılar