Toxunuşlara reaksiya verən yeni SÜNİ DƏRİ
16 iyul 2020 19:06 (UTC +04:00)

Toxunuşlara reaksiya verən yeni SÜNİ DƏRİ

Sinqapur alimləri toxunuşları 100% dəqiqliklə müəyyənləşdirən süni dəri təqdim edib.

Lent.az "ICTnews"a istinadən xəbər verir ki, texnoloji yenilik xəstələrə qulluq göstərən robot qurğularının işini təkmilləşdirəcək.

"Intel" şirkətinin neyromorf çipindən istifadə edən Sinqapur Milli Universitetinin alimləri tərəfindən hazırlanmış süni dəri robotlara toxunuşları insanın sensor sistemindən min dəfə daha sürətli müəyyənləşdirməyə imkan verir. Yenilik, həmçinin obyektlərin formasını, teksturasını və möhkəmliyini analoqlarından 10 dəfə daha sürətli müəyyənləşdirmək imkanına malikdir. Tədqiqatçılar hesab edirlər ki, onların yeni texnoloji həlli insan və robot arasında qarşılıqlı əlaqəni yaxşılaşdıra bilər.

Universitetin komandası yeniliyin səmərəliliyini sübut etmək üçün ilk öncə süni dəri ilə təchiz edilmiş robot ələ Brayl şriftini oxumağı öyrədib. Bundan sonra avtomatlaşdırılmış əl taktil məlumatları ötürüb və onları çevirib. Dəqiqlik 92% təşkil edib, qurğu analoqlarla müqayisədə 20 dəfə daha az enerji istifadə edib.

# 4063
avatar

Oxşar yazılar