Kolumbiya Senatı da ermənilərin Tovuz istiqamətində hücumlarını pislədi - FOTO
16 iyul 2020 03:43 (UTC +04:00)

Kolumbiya Senatı da ermənilərin Tovuz istiqamətində hücumlarını pislədi - FOTO

 

Kolumbiya Senatı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzününü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, Senatın Xarici Əlaqələr Komissiyası bəyanatında Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumları pisləyib, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr (822, 853, 874, 884), Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsinə çağırıb.

Sənəddə Kolumbiya tərəfinin Azərbaycana dost ölkə olduğu bildirilir və hücumlar nəticəsində həlak olmuş Azərbaycan vətəndaşları ilə bağlı Azərbaycan Respublikası Hökuməti və xalqına dərin hüznlə başsağlığı verilir.

# 2422
avatar

Oxşar yazılar