
Dünya azərbaycanlıları Ermənistana qarşı sərt sanksiyalar tələb edir

Bütün dünyanın COVID-19 qlobal pandemiyasına qarşı mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, onlarla diaspor təşkilatı, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF), İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Manisa–Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Kocaeli Derince Azərbaycan Evi Dərnəyi, İstanbulda yaşayan soydaşlarımız, Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA), "Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresi (BAK), Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv olan diaspor təşkilatları, Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi və bir sıra başqa təşkilatlar beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara və yaşadıqları ölkələrinyüksək dövlət qurumlarına bəyanatlar ünvanlayıblar.
Soydaşlarımız yaydıqları bəyanatlarda Tovuzda baş verən qanlı hadisələri, mülki əhalinin güllələnməsi faktlarını diqqətə çatdırıb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərini və nüfuzlu beynəlxalq qurumları ermənilərin törətdikləri təxribatlara susmaqda ittiham ediblər.
Dünya azərbaycanlıları beynəlxalq ictimaiyyəti təcavüzkar Ermənistanın hərəkətləri qarşısında susmamağa və sərt sanksiyalarıntətbiq olunması üçün haqq səsini ucaltmağa çağırıblar.

Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16