İranda bir gündə 153 nəfər koronavirusdan vəfat edib
08 iyul 2020 13:58 (UTC +04:00)

İranda bir gündə 153 nəfər koronavirusdan vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 153 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 12 084 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2691 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 248 379 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 209 463 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 309 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

# 2365
avatar

Oxşar yazılar