Tanınmış futbol şərhçiləri koronavirusa yoluxub, onlar xəstəxanaya yerləşdirilib
06 iyul 2020 14:09 (UTC +04:00)

Tanınmış futbol şərhçiləri koronavirusa yoluxub, onlar xəstəxanaya yerləşdirilib

"Daha iki əməkdaşımızın COVID-19 testinin nəticəsi pozitiv olub. Bunlar Fikrət Adıgözəlov və Rövşən Binnətlidir".

Bunu APA-ya “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

N. Rəfiyeva koronavirusa yoluxmuş hər iki əməkdaşın xəstəxanaya yerləşdirildiyini bildirib: “Hazırda AzTV-də əməkdaşlar növbəli rejimdə çalışırlar. Əvvəl 1000 nəfər işçi çalışırdısa, indi onun sayını daha da azaltmışıq". 

# 5257
avatar

Oxşar yazılar