Su anbarında batan gəncin meyiti tapıldı - YENİLƏNİB
04 iyul 2020 18:37 (UTC +04:00)

Su anbarında batan gəncin meyiti tapıldı - YENİLƏNİB

 

Şəmkirçay su anbarında batan Tofiq Hüseynovun meyiti tapılıb.

APA-nın qərb bürosunun xəbərinə görə, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:57

Şəmkirçay su anbarında batan gəncin şəxsiyyəti müəyyənləşib.

APA-nın qərb bürosunun xəbərinə görə, o, 2003-cü il təvəllüdlü Hüseynov Tofiq Mətləb oğludur. 

Hazırda onun axtarışları davam edir. 

***

16:38

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 5488
avatar

Oxşar yazılar