01:50
12 İyun 2020

Livanda erməni əsilli teleaparıcı Türkiyəni təhqir etdi, etirazlar başladı

“Livanda bir televiziya kanalında Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı qəbulolunmaz ifadələrə yol verənlərə qarşı dünən edilən etiraz bu gün həmin telekanalın qarşısında daha sərt şəkildə davam edib. Bu aksiyalar Livan xalqının Türkiyəyə edilən təhqiramiz davranışlara etirazıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran bu fikirləri "Twitter" hesabında paylaşıb.

Qeyd edək ki, 10 iyunda Livanın "New TV" televiziyasında erməni əsilli Neşa Der Harutyanın proqramında Türkiyəni təhqir edən ifadələrə yol verilib. Sosial mediada yaranan etirazların ardınca, Livanın paytaxtı Beyrutda sözügedən telekanalın qarşısında və ölkənin şimalındakı Tripoli şəhərində böyük izdihamla müşayiət olunan etiraz aksiyaları keçirilib. Aksiyaçılar Türkiyədən üzr istənilməsini tələb edib.

Onu da qeyd edək ki, livanlı vəkil Ziyad Caafil təxribatçı ifadələrinə görə erməni aparıcı haqqında cinayət işi açıldığını deyib.

Dİgər xəbərlər