6988
16:04
05 İyun 2020

“Camaat çörək üstdə qırğın salıb, yaxşı ki, dietadayam”

Koronavirus səbəbilə sərt karantin rejimi tətbiq edilməsi sosial şəbəkələrdə geniş müzakirə olunur.

Müzakirə olunan digər məsələ isə insanların marketlərə kütləvi hücumudur. İstifadəçilər insanların növbəsiz və maskasız mağazalara axışmasını tənqid edirlər. Mədəniyyət və şou nümayəndələri də bu müzakirələrdən yan keçmir.

Aktyor Elcan Rəsulovun fikirləri belədir:

“Vay vay! Allah qorusun. Camaat marketlərdə çörək üstündə qırğın salır. İnsanlar 2 gün çörəksiz qalacağından qorxur. Yaxşı ki, dietadayam”.

Müğənni Nura Suri:

Hamı burada marketə gedənləri qınayır. Marketə gedənlər kimdir bəs?

Aktyor Vüsal Murtuzəliyev:

“Bir azdan işdən çıxıb evə gedəndə marketdən çay və çörək almalıyam. Fikir məni götürüb ki, ala biləcəm, ya yox? Bax, budur sual! Gözüm dublyaj etdiyim filmin tərcümə olunmuş vərəqlərində və monitorda olsa da, fikrim, düşüncəm marketdədi”.

(Axşam.az)