Bakıda gözəllik salonunda işləyən arvadını bıçaqla öldürdü
28 may 2020 19:46 (UTC +04:00)

Bakıda gözəllik salonunda işləyən arvadını bıçaqla öldürdü


Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən  bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 7420
avatar

Oxşar yazılar