1699
11:04
26 May 2020

Türməyə bibər turşusunda narkotik keçirmək istədi - FOTO

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinə cəhd edilib.

Penitensiar Xidmətin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, məhkum Məmmədli Nicat İlkin oğluna tanışı Sumqayıt şəhər sakini Rəhimli Ramin Mansur oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman plastmas qabda olan bibər turşusunun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,512 qram narkotik vasitə “marixuana” aşkar edilib.

Qyed edək ki, məhkum N.Məmmədli Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilib.


Faktla bağlı araşdırma aparılır.