17:51
22 May 2020

TƏBİB-dən Ramazan bayramı ilə bağlı əhaliyə MÜRACİƏT

"Qarşıdan Ramazan bayramı gəlir. Vətəndaşlara müraciət edərək deyirik ki, bayram günləri qaydalara əməl etsələr, bayramdan sonra daha nikbin nəticələr görərik”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bu qaydalardan yalnız birinə əməl etməklə təhlükə aradan qalxmır.

“Tibbi maska taxılmalı, 1,5 metr məsafə gözlənilməli, gigiyenik qaydalara əməl edilməlidir. Pandemiyadan əvvəlki dövrə daha tez qayıtmaq üçün qaydalara əməl edilməlidir. Əvvəlki bayramlarda olduğu kimi bu bayramda qohumlara, böyükləri ziyarətə gedilməməlidir. Yoluxma arzuolunmaz hala gedərsə, sərt karantin rejiminə geri dönməli olacağıq. Biz bunu istəmirik. Artıq bəzi ölkələr sərt karantin rejiminə geri dönüb. Bayramda qohumlar, yaxınlar ziyarətə edilməməlidir, hamı evdə olmalıdır”, - deyə R. Bayramlı vurğulayıb.

Dİgər xəbərlər