2089
19:31
22 May 2020

"Bir sual, bir cavab" - Sürücülər hansı pozuntulara görə həbs edilir?

Lent.az -ın “Bir sual, bir cavab” rubrikasında bu gün sürücülərə tətbiq olunan inzibati həbslərdən danışacağıq.

Hüquqşünas Ərşad Hüseynov sürücülərin həbsinə səbəb olacaq bir sıra kobud yol hərəkəti pozuntularının adını çəkib:

“İnzibati Xətalar Məcəlləsinə nəzər salsaq, ən kobud qayda pozuntularına görə sürücülər inzibati həbs olunur. Bunların önündə gələn pozuntu isə avtoxuliqanlıqdır. Sürücülük hüququnun olub-olmaması da bu pozuntu zamanı keçərli deyil. Sərxoş halda avtomobil idarə edərək qəza törətmək, sürücülük hüququ və avtobus sürmək üçün müvafiq kateqoriyası olmadan sərnişin daşımaq, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərkən qəza törədib kiməsə yüngül xəsarət yetirmək inzibati həbsə səbəb olur. Həbs qərarını isə yalnız məhkəmə verə bilər. Başqa heç kimin həbs etmək səlahiyyəti yoxdur. Həbs nəzərdə tutulan maddələrdə alternativ cəzalar da var. Onu artıq hakim təyin edir. Bəzi maddələrdə isə yalnız həbs nəzərdə tutulub.

Yol polisi tutaq ki, hansısa sürücünü saxlayır və baş vermiş qayda pozuntuları barədə protokol təyin edir. Əgər protokolda qeyd olunanlar təsdiqini tapsa, hakimin qərarına əsasən, həbs oluna bilər”.