"Vəziyyətdən minimum ziyanlarla çıxmağımız..." - Füzuli sakinləri Prezidentə yazdı
20 may 2020 13:24 (UTC +04:00)

"Vəziyyətdən minimum ziyanlarla çıxmağımız..." - Füzuli sakinləri Prezidentə yazdı

Dünyada hökm sürən pandemiya bəlası ilə mübarizədə Azərbaycan hökumətinin atdığı uğurlu addımlar vətəndaşların rəğbətinə səbəb oldu. Xarici ölkələrə nisbətən daha tez karantin rejimi tətbiq etmək, tədrisi dayandırmaq və.s kimi qərarlar koronavirusun yayılmasının qarşısını almağa kömək etdi. Bundan əlavə, vətəndaşların sağlamlığının hər şeydən üstün olduğunu əks etdirən göstərişlər və görülən işlər dövlətin öz vətəndaşına qoyduğu dəyərin ən bariz nümunəsidir.

Bütün bunlara görə, respublikanın müxtəlif bölgələrindən dövlət başçısına təşəkkür məktubları ünvanlanır. Növbəti belə təşəkkür məktubu Füzuli rayonundan olan bir qrup sakindən gəlib. 

Lent.az həmin məktubu diqqətinizə çatdırır:

“Hörmətli cənab Prezident!

Sizin geniş dünyagörüşünüzə, sağlam düşüncənizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız xalqımızın sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu istiqamətdə atdığınız addımlar, gördüyünüz qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımızı, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin, tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun”.

# 2314
avatar

Mehman Nəbiyev

Oxşar yazılar