Kamança ifaçılarının müsabiqəsi keçiriləcək
15 may 2020 19:14 (UTC +04:00)

Kamança ifaçılarının müsabiqəsi keçiriləcək

“Aler Kamancha” kamança ifaçıları üçün müsabiqə elan edir. 

APA-nın məlumatına görə, müsabiqə koronavirus pandemiyası dövründə insanların evdə qalaraq özlərini və ətraflarını qorumaları məqsədi ilə keçirilir. 

Müsabiqədə qaliblər 25 yaşdan aşağı və yuxarı olmaq üzrə iki kateqoriyada müəyyənləşəcək.

Yaşı 25-dən aşağı olanlar arasından seçilən qalibə 4000 dollar, yaşı 25-dən yuxarı olanlar arasında seçilən qalibə isə 4500 dollar dəyərində 1 ədəd “Alert Kamancha” markalı kamança hədiyyə ediləcək. 

Bu məqsədlə iştirakçılar 7 dəqiqəni keçməyən videolar hazırlayıb "İnstagram"da @alerkamancha etiketi ilə paylaşmalıdırlar. Hər bir iştirakçı video qeydini müsabiqə üçün tələb olunan meyarlara uyğun olaraq öz hesabında #alerkamancha "İnstagram" hesabını etiketləyərək #alerkamancha hashtagı ilə paylaşmalıdır.

İştirakçılar "İnstagram" səhifələrində yerləşdirdikləri video yazıların bağlantılarını və müraciət formasını doldurmalı və alerkamanchafest@gmail.com elektron ünvanına göndərməlidirlər.

Səslər effektsiz olmalı, video çəkilişlər təxminən 150 santimetr məsafədə və yalnız mobil telefonu vasitəsilə aparılmalıdır. Video yazıları üfüqi, baxımlı və kifayət qədər işıqlı alınmalıdır ki, iştirakçının üzü, əlləri və aləti tam olaraq görünsün. Videolar HD keyfiyyətində olmalıdır. Yuxarıdakı şərtlərə cavab verməyən müraciətlər etibarsız sayılır.

Müsabiqə ilə bağlı ən son elanlar “Aler Kamancha”nın "İnstagram" hesabında yerləşdiriləcək.

İlkin müraciətlər qiymətləndirildikdən sonra müsabiqə iştirakçıları müəyyən ediləcək və sosial mediada yayımlanacaq. Müraciətlər mayın 25-nə qədər qəbul edilir, nəticələr mayın 30-da elan ediləcək.

Qeyd edək ki, “Aler Kamancha” Arslan Hazretin rəhbərliyi ilə kamança aləti üzərində geniş tədqiqatlar aparan emalatxanadır. “Aler kamancha” emalatxanasının fəaliyyət istiqamətinə peşəkar kamança istehsalı ilə yanaşı, kamançanın səs və səs keyfiyyətini inkişaf etdirmək ilə bağlı yenilikçi fəaliyyətlərin aparılması və eyni zamanda bənzərsiz xüsusi dizaynların hazırlanması da daxildir. 

# 5071
avatar

Oxşar yazılar