İngiltərə çempionatı iyunun 12-də bərpa olunmayacaq
14 may 2020 11:56 (UTC +04:00)

İngiltərə çempionatı iyunun 12-də bərpa olunmayacaq

İngiltərə Premyer Liqası koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün bərpası üçün optimal tarix axtarır.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, çempionatın iyunun 12-də davam etdiriləcəyi gözlənilsə də, bu tarixin təxirə salınacaq.

Çempionatın ən yaxşı halda iyunun 19-da bərpa olunacağı ehtimal olunur. Buna səbəb klubların məşqçi və kapitanlarının səsləndirdiyi fikirlərlə bağlıdır. Onlar mövsümün bərpa vaxtına qədər hazırlaşmağı çatdıra bilməyəcəklərindən ehtiyatlandıqlarını bəyan edib. Bunu nəzərə alan liqa rəhbərliyi tarixi dəyişdirməyi məqsədəuyğun sayır.

# 1759
avatar

Oxşar yazılar