13:00
12 May 2020

Restoranlar mayın 18-dən açılacaq - İtaliyada

İtaliyada restoranlar, gecə klubları, bərbərxana və gözəllik salonları mayın 18-dən etibarən açılacaq.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, mərkəzi hökumət iyunun 1-dən açılması gözlənilən müəssisələrlə bağlı regional hakimiyyətlərə qərar vermək üçün səlahiyyət verib.

Ticarət mərkəzləri, muzey və kitabxanalar da mayın 18-dən etibarən fəaliyyətini bərpa edəcək.

Qeyd olunub ki, müəssisələr açılmazdan əvvəl təhlükəsizlik tədbirləri görülməli, restoranlarda masalar arasında məsafə dörd metr olmalıdır.

Xatırladaq ki, İtaliyada indiyədək 219 814 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 30 739 nəfər vəfat edib.

Dİgər xəbərlər