Misir mayın 15-dən daxili turizmi bərpa edəcək
06 may 2020 07:18 (UTC +04:00)

Misir mayın 15-dən daxili turizmi bərpa edəcək

Misir mayın 15-dən etibarən kurort bölgələrindəki otellərin fəaliyyətini bərpa edəcək, lakin sözügedən obyektlərdən yalnız daxili turistlər faydalana biləcək. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı “Əl Ahram” informasiya portalı məlumat yayıb.

Bildirilib ki, turizm sektorunu bərpa etmək üçün hökumət tətbiq olunan məhdudiyyətləri tədricən qaldırmağa başlayacaq: “Mayın 15-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq, müvafiq qaydalara əməl edilməklə yerli turistlər üçün ölkə daxilində otellər işə başlayacaq”.

Turizm Nazirliyinin qərarına əsasən, ilk mərhələdə otellərdəki otaqların 25%-I turistlərin ixtiyarına veriləcək. İyun ayının əvvəlində isə bu rəqəm 50%-ə qədər artırılacaq. 

Nazir Xalid Əhməd əl-Anani bildirib ki, yalnız karonavirusla mübarizə çərçivəsində bütün tələbləri və tövsiyələri ciddi şəkildə yerinə yetirən otellər qonaqların sayını artıra biləcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337

Oxşar yazılar