Türkiyədə universitetlər bu tarixdə açılacaq
05 may 2020 01:18 (UTC +04:00)

Türkiyədə universitetlər bu tarixdə açılacaq

 

“Universitetlər 15 iyundan akademik təqvimə qayıda biləcəklər”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən videokonfransdan sonra belə bildirib.

Türkiyə Prezidenti deyib ki, ali məktəblərə qəbul imtahanı 27-28 iyun, liseylərə qəbul imtahanı 20 iyun, hərbi məktəblərin qəbul imtahanı isə 14 iyun tarixlərinə təyin olunub.

Prezident onu da əlavə edib ki, ədliyyə orqanlarının da dayanadırılan fəaliyyəti 15 iyunda bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5510

Oxşar yazılar