453
17:20
24 Aprel 2020

Bu ölkədə koronavirusdan ölənlərin sayı 854 nəfərə çatdı

Portuqaliyada son sutka ərzində 444 nəfər yeni növ koronavirusa yoluxub, 27 nəfər sağalıb, 34 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Portuqaliya Səhiyyə Nazirliyi məlumat yayıb

Bildirilib ki, Portuqaliyada koronavirusa yoluxanların sayı 22 797 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 854 nəfərə çatıb.

Koronavirusdan 1228 nəfər sağalıb.