Bu ölkənin ordusunda koronavirusa yoluxanların sayı artır
21 aprel 2020 17:06 (UTC +04:00)

Bu ölkənin ordusunda koronavirusa yoluxanların sayı artır

Ukraynanın Silahlı Qüvvələrində koronavirusa daha 4 yoluxma halı qeydə alınıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, COVID-19 səbəbindən iki hərbçi də dünyasını dəyişib. 

Ukrayna Silahlı Qüvvələrinin tibb komandanlığının mətbuat mərkəzinin məlumatına görə, ölkədə koronavirus aşkarlanan hərbçilərin ümumi sayı artıq 39-a çatıb. 

Yoluxanlardan ikisi sağalıb, daha 272 nəfər COVID şübhəsi ilə təcrid olunub. 

Ümumilikdə Ukraynada koronavirusa yoluxanların 6125 nəfər olduğu bildirilir. Ölənlərin sayı 161-dir. 

Son sutkada 415 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.

# 1235
avatar

Oxşar yazılar