Səfir Makronun və bütün fransızların adından Azərbaycan Prezidentinə minnətdarlıq etdi
16 aprel 2020 19:28 (UTC +04:00)

Səfir Makronun və bütün fransızların adından Azərbaycan Prezidentinə minnətdarlıq etdi


Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Azərbaycan Respublikasının Prezidenti.

Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya Fransanı da, Azərbaycanı da sınağa çəkib.

Bu çətin zamanda, Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının aprelin 5-də axşam Fransa bayrağının rənglərində işıqlandırılması ölkəmizdə dəyərli həmrəylik jesti olaraq yüksək qiymətləndirildi.

Bu dostluğun belə müstəsna ifadəsinə görə Fransa Prezidenti Emmanuel Makronun və bütün fransızların adından Sizə öz minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

# 1068
avatar

Oxşar yazılar