16:29
14 Aprel 2020

Ədalət yardım istəyənləri qınadı: "Yerinizə utanıram, kişisən..."

Əməkdar artist Ədalət Şükürov sosial vəziyyətindən şikayətlənən vətəndaşları tənqid edib.

Lent.az -ın məlumatına görə, müğənni Instaqram səhifəsində canlı açaraq, bu sözləri deyib:

“Şərhləri oxuyuram, o insanların yerinə utanıram. Kişisən, sənin əlin-qolun var! Yoxdur iş, bir az dözək. Dünyada heç kimin işi yoxdur. Deyirlər ki, xalqın pulunu yeyib. Mən heç kimin pulunu yeməmişəm. Deyirlər ki, keçmişimi danıram. Mən keçmişimi danmıram. Mən fəxr eləmişəm ki, belimdə kartof daşıyıb pul qazanmışam. O vaxt imkan yox idi, indi var. Kimə nə lazımdırsa, kömək etmişəm. Ağıl öyrətmək lazım deyil. Mən sizin çoxunuzdan ağıllıyam. Manaf Ağayev, Afaq Bəşirqızı haqqında ağzınıza gələni yazırsız. Manaf edəni heç sizin nəsliniz etməyib.

Pulu olan da, olmayan da “ağlayır”. Adam kasıba kömək edər. Gedib görürsən ki, evi var, şəraiti yaxşıdır, amma kömək istəyir. Elə şərait yaratmısız, yardım edənlər də uzaqlaşacaq, hirslənib deyəcək ki, yardım etmirəm”.

Dİgər xəbərlər