Qadınların pulqabısını oğurlayan cibgirlər tutuldu
07 aprel 2020 16:01 (UTC +04:00)

Qadınların pulqabısını oğurlayan cibgirlər tutuldu

 

Bakı şəhər sakini S.Əsgərzadənin içərisində 965 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pulqabısı cibindən oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qobustan rayon sakini R.Şikarov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulan R.İsmayılovun ətrafında əməliyyat tədbirləri aparılıb.

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının apardığı  əməliyyat tədbirləri ilə onun paytaxt sakini S.Qaflanovanın çantasından içərisində 292 manat və sənəd olan pulqabısını, R.Sadıqovanın cibindən isə pulqabısını oğurlaması da müəyyən edilib.

# 976
avatar

Mehman Nəbiyev

Oxşar yazılar