İtaliyada koronavirusdan ölənlərin sayı 16,5 mini keçdi
06 aprel 2020 21:03 (UTC +04:00)

İtaliyada koronavirusdan ölənlərin sayı 16,5 mini keçdi

 

İtaliyada son sutkada yeni növ koronavirusdan (COVID-19) 636 nəfər ölüb, 3599  nəfərdə isə yeni yoluxma qeydə alınıb.

APA xəbər verir ki, bu  barədə İtaliya Mülki Müdafiə Departamenti məlumat verib.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 132 547-yə, virusdan ölənlərin sayı isə 16 523-ə çatıb.

# 807
avatar

Oxşar yazılar