Akif Çovdarov və Sübahir Qurbanov əfv edildi
06 aprel 2020 16:50 (UTC +04:00)

Akif Çovdarov və Sübahir Qurbanov əfv edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

APA-nın məlumatına görə, əfv olunanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarov da var.

***

Əfv olunanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general Sübahir Qurbanov da var.

Qeyd edək ki, Sübahir Qurbanov 2015-ci ildə həbs olunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə S. Qurbanov 14 il azadlıqdan məhrum edilib.

 

 

# 4266
avatar

Oxşar yazılar