İtkin düşən 4 nəfər tapıldı
03 aprel 2020 09:55 (UTC +04:00)

İtkin düşən 4 nəfər tapıldı

Ötən gün Bakı polisi tərəfindən 20 cinayətin üstü açılıb.

Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 8, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 3 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

# 478
avatar

Mehman Nəbiyev

Oxşar yazılar