Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıb, 5 nəfər vəfat edib
02 aprel 2020 12:52 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıb, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

# 2240
avatar

Oxşar yazılar