Türkmənistan koronavirusu “beşiyində boğdu”
01 aprel 2020 13:00 (UTC +04:00)

Türkmənistan koronavirusu “beşiyində boğdu”

 

Türkmənistanda koronavirusa qarşı qəribə mübarizə metodu seçilib. 
Lent.az yerli “Azaltık” radiosuna istinadən xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov koronavirusla bağlı hər kəsdə təəccüb doğuran maraqlı 
göstəriş verib. Ölkədə rəhbərin göstərişi sərt olması ilə də diqqət çəkir.
Belə ki, martın 31-dən Türkmənistan vətəndaşı "koronavirus" sözünü işlədə bilməz, əks təqdirdə cəzalana bilər. Hətta mətbuatda da yeni virusun adı hallana bilməz.
Türkmənistanın rəsmi statistikasına görə, ölkədə koronavirusa yoluxan insan yoxdur. Ölkə sakinlərinə maska taxmaq belə qadağan edilib. Əks halda qaydanı pozan vətəndaş həbs oluna bilər. 

Mütəxəssislərin qənaətinə görə, Türkmənistan hakimiyyəti ölkədə pandemiya ətrafında yarana biləcək təşviş, qorxu səbəbindən bu addım atıb. 

# 6339
avatar

Oxşar yazılar