Bakıda karantin rejimini pozanlara hansı cəzalar verildi? - Diqqətli olun
01 aprel 2020 11:22 (UTC +04:00)

Bakıda karantin rejimini pozanlara hansı cəzalar verildi? - Diqqətli olun

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında amrtın 31-i saat səhər saat 8-dən, bu günsəhər saat 8-dək olan müddətdə polis əməkdaşlarının gördüyü işlər barədə məlumat yayıb.

İdarədən Lent.az-a verilən məlumata görə,  Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 21-i rayon, 29-u paytaxt istiqamətinə olmaqla 50 nəqliyyat vasitəsi geri qaytarılıb.

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 39-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 94 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

Martın 19-dan, bu gün səhər saat 8-dək 8579 nəqliyyat vasitəsinin rayon, martın 24-dən bu gün səhər saat 8-dək isə 6039 nəqliyyat vasitəsi paytaxt istiqamətinə geri qaytarılıb.

Ümumilikdə bu günədək 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

# 1574
avatar

Mehman Nəbiyev

Oxşar yazılar