2618
11:00
29 Mart 2020

Fatih Terimdən səhhəti ilə bağlı SON AÇIQLAMA

Türkiyə mediası Fatih Terimlə bağlı son məlumatı paylaşıb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, müxbirlə telefon danışığı zamanı baş məşqçinin öskürəkdən xilas olduğu və əhvalının yaxşılaşdığını deyib.

Fatih Terim, həkimlərin ona çox yaxşı baxdığını və yaxın zamanlarda növbəti müayinə ediləcəyini açıqlayıb. Tanınmış baş məşqçidən açıqlama alan media orqanı onun vəziyyətinin yaxşı olduğunu qeyd edərək, növbəti müayinədən sonra evinə buraxıla biləcəyini bildirib.