
“Təcili yardımla” sərnişin daşıyan sürücü işdən çıxarıldı - RƏSMİ

TƏBİB Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı açıqlama yayaıb.
Qurumdan Lent.az-a verilən açıqlamada bildirilir ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla əlaqədar məsələ TƏBİB tərəfindən araşdırılıb: “Araşdırma zamanı məlum olub ki, TTTY şöbəsinin sürücüsü Səmədov Sadiq Yarməmməd oğlu xəstəxanadan çıxdıqdan sonra yoldan avtomobilə qazanc məqsədilə sərnişin götürüb.
Sürücü 23 mart 2020-ci il tarixdə Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovanın Əmri ilə işdən azad edilib. Eyni zamanda, Ağsu RMX-nın direktoru Şərəbanı Məlikova və direktor müavini Əli Hüseynova TƏBİB tərəfindən xəbərdarlıq edilib”.

Aygün İbrahimli
Oxşar yazılar

2 saylı istintaq təcridxanasına baş çəkildi - XƏBƏRDARLIQ ETMƏDƏN
22 yanvar 2021 , 23:16
Direktorun işdən çıxarılma səbəbi açıqlandı
22 yanvar 2021 , 20:39
"Bu, yeni dalğanın əmələ gəlməsinə səbəb olacaq" - Azərbaycanlı alim
22 yanvar 2021 , 19:23
AMEA-nın daha bir institut direktoru işdən çıxarıldı
22 yanvar 2021 , 19:15
Sosial şəbəkələrdə MƏKTƏB SÖHBƏTLƏRİ - İnsanlar nə düşünür?
22 yanvar 2021 , 19:05
Koronavirus statistikası: 280 nəfər yoluxdu, 632 nəfər sağaldı, 11 nəfər öldü
22 yanvar 2021 , 18:31
Yaqub Mahmudov direktor vəzifəsindən çıxarıldı
22 yanvar 2021 , 18:27
Rayonda natəmiz şəraitdə ət məhsulları istehsal edən sex aşkarlandı
22 yanvar 2021 , 18:16