Bakıda yol çökdü - FOTO  - YENİLƏNİB
23 mart 2020 11:30 (UTC +04:00)

Bakıda yol çökdü - FOTO - YENİLƏNİB

Bakıda çökən yolda təmir işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, “Azərsu” su xəttini bərpa etdikdən sonra ərazidə təmir işləri həyata keçiriləcək. 

***

11:20

Bakının Səbail rayonu ərazisində, Jurnalistlərin binasının yaxınlığında su xətti partlayıb. 

APA-nın xəbərinə görə, nəticədə yol çöküb. 

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının APA-ya verdiyi açıqlamaya görə, Səbael rayonunda Elçin Əzizov küçəsini su ilə təmin edən su xəttində sızma baş verib. Bu səbəbdən torpaqda çökmə əmələ gəlib. “Azərsu”nun briqadası əraziyə cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür.

# 1626
avatar

Oxşar yazılar