1495
01:20
19 Mart 2020

Koronavirusdan bir gündə 475 ölüm - İtaliyada

İtaliyada son 24 saat ərzində koronavirusa yoluxanlardan 475 nəfər dünyasını dəyişib.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bu göstərici ötən günlərdən bəri ən çox ölüm hadisəsidir.

Ölkədə koronavirusdan ölənlərin sayının ümumilikdə 2 min 978 nəfərə çatdığı bildirilib.