1422
18:38
06 Mart 2020

Hakim partiyanın gəlir və xərcləri AÇIQLANDI

Yeni Azərbaycan Partiyası (YAP İdarə Heyətinin bu gün keçirilən iclasında YAP-ın 2019-cu ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib.

APA-nın məlumatına görə, qeyd olunub ki, 2019-cu ildə YAP-ın gəlirləri 10 668 284 manat olub.

Bunun 9 309 025 manatını üzvlük haqları, 1 359 259 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib.

Partiyanın hesabına daxil olan maliyyə vəsaitinin 5 307 213 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 884 663 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 91 515 manatı ezamiyyə xərclərinə, 163 376 manatı nəqliyyat vasitələrinin alınmasına, 281 053 manatı mebel və ofis avadanlıqlarının alınmasına, 214 214 manatı təmir işlərinə, 481 232 manatı kommunal və təsərrüfat xərclərinə, 300 908 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 75 862 manatı bank xidmətinə, 57 607 manatı dəftərxana xərclərinə, 49 790 manatı çap işlərinə, 234 171 manatı kredit ödənişinə, 270 194 manatı isə sair xərclərə sərf edilib.