Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alan var
28 fevral 2020 23:27 (UTC +04:00)

Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alan var

 

Neftçalada motosikletin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, sürücü ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Mikayıllı kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Rəfael Soltan oğlu Gözəlovun idarə etdiyi motosiklet minik maşını ilə toqquşub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Neftçala Rayon Xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb. Onun ayağı travmatik amputasiya edilib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

# 866
avatar

Oxşar yazılar