Azərbaycanda ağır qəza: ana və oğlu öldü - YENİLƏNİB
28 fevral 2020 16:48 (UTC +04:00)

Azərbaycanda ağır qəza: ana və oğlu öldü - YENİLƏNİB

Xəbərə fotolar əlavə olunub

***

saat 13:51

Gədəbəydə baş verən yol qəzasında ölənlərin və yaralananların adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində “VAZ-21011”in sürücüsü, 31 yaşlı Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər. 65 yaşlı Mahir Tağıyev, 10 yaşlı Məcid Nuriyev və 59 yaşlı Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər. 

***

13:42

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb. ”Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub. Qəza nəticəsində nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

# 2531
avatar

Oxşar yazılar