Müsavatın deputatlığa namizədinin şikayəti qismən təmin edildi
24 fevral 2020 18:25 (UTC +04:00)

Müsavatın deputatlığa namizədinin şikayəti qismən təmin edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 108  saylı Ağstafa Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış Müsavat Partiyasının namizədi Başxanım Abbasovanın müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib.

Validə Kazımova bildirib ki, B. Abbasova müxtəlif qanun pozuntularına yol verildiyini iddia edərək seçki dairəsində seçkinin nəticələrinin ləğvini xahiş edib.

MSK-nın apardığı araşdırma zamanı isə yalnız 26 saylı seçki məntəqəsində seçkinin nəticələri seçicilərin iradəsini əks etdirmədiyi məlum olub.

MSK müraciəti qismən təmin edib  və 108  saylı Ağstafa Seçki Dairəsi üzrə 26 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, bu dairədə lider namizəd Nizami Cəfərovdur.

# 1059
avatar

Oxşar yazılar