Yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib
22 fevral 2020 08:30 (UTC +04:00)

Yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib

0


 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şabran rayonunun Uzunboyad kəndində “Mazda” markalı yük avtomobili və “QAZ” markalı minik avtomobili toqquşub. 

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1081

Oxşar yazılar