13:38
19 Fevral 2020

“Barselona” ona görə 111 milyon avro ödəməyə razıdır


“Barselona” İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martinesdən əl çəkmir.

Lent.az -ın məlumatına görə, Kataloniya təmsilçisi argentinalı futbolçunu transfer etməkdə israrlıdır.

“Barselona” rəhbərliyi yaxın günlərdə “neradzurra”ya yeni təklif göndərəcək. Martinesin “İnter”lə müqaviləsindəki bəndə əsasən, onu almaq istəyən klub 111 milyon avro xərcləməlidir. İspanlar bu məbləği ödəməyə razıdırlar. Digər variant isə “Barsa”nın qarşı tərəfə Arturo Vidalı və müəyyən məbləğdə pul verməsidir.

Qeyd edək ki, 22 yaşlı Lautaro Martines cari mövsümdə ümumilikdə 29 oyun keçirib və 16 qol, 4 assistlə yadda qalıb.

Dİgər xəbərlər