Bankirin oğlunun ölümü ilə bağlı cinayət işi başlandı
18 fevral 2020 15:45 (UTC +04:00)

Bankirin oğlunun ölümü ilə bağlı cinayət işi başlandı


Bankirin oğlunun ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

APA-nın məlumatınaa görə, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, E.Quliyev "Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğludur.

# 1281
avatar

Oxşar yazılar