10:50
15 Fevral 2020

Rusiyadan gəlməyinə peşman oldu – Oğlu tərəfindən öldürüldü - YENİLƏNİB

Qubada baş verən qətl barədə bəzi təfərrüatlar məlum olub.

Lent.az -ın məlumatına görə, rayonun Birinci Nügədi kəndində qeydə alınan qətl hadisəsi ata ilə oğul arasında başlayan münaqişə nəticəsində meydana gəlib.

Lakin münaqişənin hansı səbəbdən yarandığı hələlik məlum deyil. Öldürülən şəxs B.Şükürov Rusiya Federasiyası vətəndaşıdır. O, Rusiyada alverlə məşğul olub.

B.Şükürov evinə dünən – fevralın 14-də gəlibmiş. Ailədə əvvəllər hər hansı bir münaqişənin baş vermədiyi üçün, bu hadisə eşidənlər üçün gözlənilməz olub.

Hazırda faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma davam edir.

****

09:40

Qubada oğul atasını öldürüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb. Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər